Mirko Novak: Azərbaycan Orta Dəhlizin inkişafında lider mövqeyə malikdir
24.10.2025 [18:33]
Bu gün bir daha aydın oldu ki, logistika sektorunun diqqətini cəlb etmək üçün Orta Dəhlizin imkanlarını və potensialını təqdim etmək vacibdir. Bu gün Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin səfirləri öz ölkələri barədə məlumat verdilər, böyük potensialın mövcud olduğunu inandırıcı şəkildə nümayiş etdirdilər. Onlar bunu çox uğurla həyata keçirirlər və inanıram ki, bu iş belə sürətlə davam edərsə, Orta Dəhlizin inkişafı üçün zəruri investisiyaların cəlb olunmasına töhfə verəcək. AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın “LUNO-Group” şirkətinin baş icraçı direktoru və Federal Logistika Birliyinin (BVL) Avrasiya Bölməsinin rəhbəri Mirko Novak media nümayəndələrinə açıqlaması zamanı deyib.