Azərbaycan Dövlət İnformasiya Agentliyi

Döyüşə getməyə can atan müəllim - şəhid Rəşad Məmmədov

27.10.2025 [16:54]

Xəbərin mətni

Gəncənin fəxri olan, Vətən müharibəsi başlanan zaman əlindəki qələmi silahla dəyişən təhsilverənlərdən biri də Rəşad müəllim oldu. Şagirdlərinə hər zaman ondan əvvəl yazılan tarixi anladan müəllim bu dəfə özü tarix yazdı. Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhid Rəşad Məmmədovun xatirəsi hər zaman doğmaları və şagirdləri tərəfindən ehtiramla anılır.