İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsində 47 nəfər işlə təmin olunacaq
29.10.2025 [16:32]
Xəbərin mətni
“Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişlidəki arpa emalı müəssisəsi Cənubi Qafqazda pivəlik arpa səmənisinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Burada pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul - malt istehsal olunacaq.