Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş konsul: Naxçıvanda yaxın günlərdə yeni layihələr həyata keçirəcəyik

30.10.2025 [10:32]

Xəbərin mətni

Bilirsiniz ki, Türkiyə müstəqilliyini qazanmaq üçün böyük mübarizə aparıb. O dövrdə dünyanın ən güclü dövlətlərinə qarşı çətinliklər içində aparılan bu mübarizə nəticəsində böyük qələbə qazanıldı və cümhuriyyət elan olundu. Bu hadisə bütün dünyada böyük təsir yaratdı. Həmin dövrdə bəzi dövlətlərin müstəmləkəsi altında yaşayan xalqlar, türk xalqını nümunə götürərək müstəqillik mübarizəsinə başladılar və bir çoxu azadlıqlarına qovuşdular. Bu sözləri Türkiyə Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirdən sonra jurnalistlərə müsahibəsində Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya deyib.