Azərbaycan Dövlət İnformasiya Agentliyi

İyirmi yaşında “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan cəsur döyüşçü Sulduz Həbibov

30.10.2025 [13:20]

Xəbərin mətni

Aprel döyüşlərində cəbhədə bizə zəfərlər qazandıran Azərbaycan əsgərinin gücü və qüdrəti onu da çox qürurlandırmışdı. Amma həmin vaxt 16 yaşı olan Sulduzun döyüşlərə qatılmaq imkanı yox idi. Arzusu tez zamanda əsgərliyə getmək, orduda xidmət edib peşəkar hərbçi olmaq və mənfur düşməni torpaqlarımızdan qovmaq idi. Bu imkanı ona Vətən müharibəsi qazandırdı.