İdarə Heyətinin sədri: Yaxın illərdə yeni tibbi xidmətlərin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır
30.10.2025 [14:37]
Xəbərin mətni
Azərbaycanda son illər səhiyyə sahəsində geniş islahatlar həyata keçirilir. Bu islahatların nəticəsi olaraq, artıq hər il 5 milyondan çox vətəndaş icbari tibbi sığortadan yararlanır. Bu barədə “Medinex 2025” sərgisinin açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.