Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistanlı iştirakçı: “Medinex 2025” sərgisi yeni əməkdaşlıqlar yaratmaq fürsəti yaradır

30.10.2025 [15:44]

Xəbərin mətni

“Medinex 2025” sərgisi olduqca maraqlı keçir. Sərgidə yalnız Azərbaycanda deyil, bütün dünyada istehsal olunan yeni dərman vasitələri və tibbi texnologiyalar barədə məlumat əldə etmək fürsətimiz oldu. Bunu “Medinex 2025” sərgisinin özbəkistanlı iştirakçısı Diyorbek Rustambekov deyib.