Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Qurbanov: İlin sonuna qədər həkim çatışmazlığı problemi yaşanan bölgə qalmayacaq

30.10.2025 [16:20]

Xəbərin mətni

“E-təbib” platforması vasitəsilə vətəndaşlar 103 xidmətinə müraciət edərək təcili tibbi yardımdan yararlana biləcəklər. Ambulans və xəstəxanalarda tibbi xidmətə ehtiyacı olan vətəndaşların xəstəxanaya qəbulu tam şəkildə elektron sistem üzərindən həyata keçiriləcək. Bu layihənin ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bildirib.