Konqolu fəal: Belçika kolonial dövrdə təbiətə və insanlara böyük zərər vuraraq nəhəng gəlir əldə edib
31.10.2025 [13:47]
Xəbərin mətni
Konqoda talan edilmiş mədəni irs xalqın yaddaşını, tarixini və kimliyini təmsil edir. Bu itkilər yalnız maddi deyil, həm də mənəvi zərbədir. Bu sözləri Konqo Demokratik Respublikasından olan fəal, siyasi xadim və insan haqları müdafiəçisi Andrea Kalubi Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransın “Tanınma və məsuliyyət: simvolik jestlər və təminatlar” mövzusunda keçirilən panel müzakirəsində söyləyib.