Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yeşil İğdır” qəzetinin baş redaktoru: Qarabağa hər səfərimdə yeni bir inkişaf görürəm

02.11.2025 [13:09]

Xəbərin mətni

Bu mənim Qarabağa üçüncü səfərim olacaq. İlk dəfə 2024-cü ildə Zəfər Qurultayında iştirak etmişəm. İkinci Qarabağ müharibəsindən sonra orada baş verən prosesləri həm mətbuat vasitəsilə izləyirdik, həm də birbaşa gedib görmək imkanımız oldu. Azərbaycan bu sahədə çox gözəl işlər görür. O, bölgədə ermənilərin törətdiyi dağıntıları bütün dünya ictimaiyyətinə canlı şəkildə göstərdi, həmin ərazilərdə həyata keçirilən yenidənqurma işlərini də təqdim etdi. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qarabağa səfər çərçivəsində Naxçıvanda olan “Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş jurnalistlərə müsahibəsində deyib.