Elşən Ağayev: AMD-nin bugünkü konfransında əsas mövzulardan biri də süni intellektin tibdə tətbiqidir
02.11.2025 [20:16]
Bu gün Almaniyada fəaliyyət göstərən həkimlər olaraq Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) yaradılmasının beşilliyinə həsr olunmuş yubiley konfransında iştirak edirik. İki gün davam edəcək konfransımıza Almaniyanın müxtəlif şəhərlərində işləyən azərbaycanlı həkimlərimiz, elm işçiləri və tibb tələbələri qatılıblar. Məqsədimiz AMD-nin fəaliyyəti barədə məlumat vermək, üzvlərimizə və digər həkimlərimizin ixtisaslı mütəxəssislər olaraq yetişməsinə, müxtəlif sahələrdə elmi işlər aparmasına və Almaniyanın səhiyyə sisteminə inteqrasiyasına töhfə verməkdir. AZƏRTAC xəbər verir ki, bu barədə AMD-nin sədr müavini, otolarinqoloq Elşən Ağayev media nümayəndələrinə açıqlamasında söyləyib.