Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMD İdarə Heyətinin üzvü: Məqsədimiz Almaniyada çalışan iki minə yaxın azərbaycanlı həkimi sıralarımızda birləşdirməkdir

02.11.2025 [20:23]

Xəbərin mətni

Bu gün biz növbəti illik konfransımızı keçiririk. Bu tədbir həm də bizim yubiley – beşinci konfransımızdır. Sevindirici haldır ki, Almaniyada işləyən həkimlərimiz arasında sıralarımıza qatılan, tədbirlərimizdə iştirak edən, ümumiyyətlə, Almaniyada çalışan tibb işçilərimizin sayı ildən-ilə artmaqdadır. Məqsədimiz Almaniyada işləyən iki minə yaxın azərbaycanlı həkimi sıralarımızda birləşdirməkdir. Əsas məqsədlərimizdən biri də özümüzü alman səhiyyə sisteminə tanıtmaq və bu mərhələyə gələnə qədər üzləşdiyimiz çətinliklərin gələcəkdə sıralarımıza qoşulacaq həmkarlarımızın çəkməməsi üçün keçdiyimiz yol barədə təcrübələrimizi bölüşməklə onların alman səhiyyə sisteminə daha sürətli inteqrasiyasını təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) İdarə Heyətinin üzvü Ümüd Səlimzadə media nümayəndələrinə açıqlamasında deyib.