Tarixi Zəfərdən ötən 5 ildə Azərbaycanın qlobal arenada möhkəmlənən mövqeyi
08.11.2025 [10:00]
Xəbərin mətni
Müstəqil Azərbaycan Respublikası tarixində ölkəmiz ilk dəfə olaraq beynəlxalq münasibətlər sistemində tamamilə yeni bir obrazda - ərazi bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə iştirak edir. Bu, Vətən müharibəsində əldə olunan tam qələbənin və 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror əməliyyatlarının əyani nəticəsidir.