Azərbaycanlı gimnast Rio Olimpiadasına lisenziya qazandı
12.09.2015 [10:53]
Xəbərin mətni
Almaniyanın Ştutqart şəhərində bədii gimnastika üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, mundialın beşinci günündə Azərbaycan gimnastı Marina Durunda çoxnövçülük yarışlarının final mərhələsində mübarizə aparıb. Hər dörd hərəkətin cəmində gimnastımız 71,399 xal toplayaraq dünya çempionatında altıncı olub. Bu nəticə ilə gimnastımız gələn il Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.