“TV və canlı jurnalistika” mövzusunda təlim proqramı başlayıb
11.11.2025 [13:54]
Xəbərin mətni
Noyabrın 11-də Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramının “TV və canlı jurnalistika (“live journalism”)” mövzusuna həsr olunan növbəti mərhələsinə start verilib.