Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümüdür

12.11.2025 [10:32]

Xəbərin mətni

Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisi, memarıdır. Ümummilli Liderin rəhbərliyi dövründə ölkəmiz əsrlərə bərabər inkişaf yolu keçdi. Çox mürəkkəb və çətin bir dövrdə Ulu Öndər tərəfindən Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirildi. Dahi Liderin atdığı ən mühüm addımlardan biri də müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması, hüquqi sahədə köklü islahatların həyata keçirilməsi oldu. Bu, çox böyük tarixi hadisə idi.