Naxçıvanda yanacaqdoldurma məntəqəsində baş verən yanğın söndürülüb
12.11.2025 [20:32]
Xəbərin mətni
Naxçıvan şəhərində yanacaqdoldurma məntəqəsinin anbarında baş verən yanğın söndürülüb. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Şəhər Dövlət Yanğından mühafizə hissəsindən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər tüstüdən zəhərlənib, onlara ilkin tibbi yardım göstərilib.