Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç olub
14.11.2025 [16:03]
Xəbərin mətni
Noyabrın 14-də Ağdamdan yola salınan növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb. Doğma yurda qayıdan ailələr bərpa edilmiş evlərinin açarlarını təhvil alaraq məskunlaşıblar.