Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astarada naringi yığımı davam edir: məhsuldarlıq yüksək, qiymətlər isə münasibdir

14.11.2025 [18:17]

Xəbərin mətni

Astara rayonunda sitrus bağlarında naringi yığımı davam edir. Hazırda məhsul yığımı rayonun təxminən otuza yaxın kəndində, daha çox dağətəyi ərazilərdə aparılır. Bu zonalar iqlim şəraiti baxımından naringi üçün daha əlverişli hesab olunur.