Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağalıda yenidən doğulan ümidlər – keçmiş məcburi köçkünlər AZƏRTAC-a danışırlar

14.11.2025 [20:21]

Xəbərin mətni

Bu gün Zəngilanın Ağalı kəndinə Böyük Qayıdış Proqramı çərçivəsində növbəti köç prosesi həyata keçirilib. İllərdir yurd həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlər Şanlı Zəfərin bəxş etdiyi sevincli günləri yaşayırlar. Həm Ağalının müasir görkəmi, həm də köçkünlərin ürək sözləri bu qayıdışın təkcə fiziki deyil, həm də mənəvi dirçəliş olduğunu göstərir. AZƏRTAC-ın bölgə müxbiri Ağalıya qayıdan keçmiş məcburi köçkünlərlə görüşüb, onların təəssüratlarını özlərindən dinləyib.