Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Əzizlərimizin yarımçıq qalan arzularını gerçəkləşdirəcəyik

15.11.2025 [11:28]

Xəbərin mətni

Zəngilan rayonunun Məmmədbəyli kəndindənəm. Biz 30 ildir yurd həsrəti ilə yaşamışıq. Əzizlərimizi itirdiyimiz üçün kədərlənirik, onları doğulub boya-başa çatdığımız torpaqlarda qoyub getdiyimizə görə ürəyimiz yanır. Onlar illərlə bu günü həsrətlə gözlədilər, amma qismət olmadı. Bu gün isə yola çıxırıq və orada əzizlərimizin yarımçıq qalan arzularını gerçəkləşdirəcəyik. Bu sözləri Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Qənirə Orucova söyləyib.