Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məmmədbəyliyə qayıdan keçmiş məcburi köçkün: Bu gün bizim üçün əlamətdar və unudulmaz gündür

15.11.2025 [11:30]

Xəbərin mətni

Bu gün bizim üçün əlamətdar və unudulmaz gündür. Uzun illər sonra öz doğma kəndimizə, torpaqlarımıza qayıdırıq. Torpaqlarımız işğaldan azad olunub. Bu, Prezident İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun qəhrəmanlığı və şəhidlərimizin fədakarlığı sayəsində mümkün oldu. Biz şəhidlərimizin qarşısında baş əyir, onların ailələrinə ehtiramımızı bildiririk. Bu sözləri jurnalistlərə açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Asif Orucov söyləyib.