Adil Məmmədov: Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi üzrə uğurlar siyahısına yeni nailiyyət əlavə ediləcək
17.11.2025 [14:55]
Xəbərin mətni
Bakı Alov Qüllələri binaları şəhərin müasir və dinamik inkişafını, Qız qalası isə Azərbaycanın zəngin və qədim tarixini simvolizə edir. Bu iki rəmz Ümumdünya Şəhərsalma Forumunun (WUF13) loqosunda öz əksini tapır və loqonun rəngləri ənənəvi Azərbaycan şəbəkə sənətindən ilhamlanır. Bu barədə Azərbaycan Əməliyyat Şirkətinin rəhbəri Adil Məmmədov gələn il Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı diplomatik korpus üçün təşkil olunan məlumat sessiyasında deyib.