Edlam Yemeru: Bakı unikal şəhər və forum üçün xüsusi məkandır
17.11.2025 [15:13]
Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edən şəhər və ölkə ciddi, rəqabətli proses nəticəsində seçilir. Maraqlı ölkələr və şəhərlər müraciətlərini, təkliflərini BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) təqdim edirlər. “UN-Habitat” bu müraciətləri ətraflı və diqqətlə qiymətləndirir. Əsas meyarlar ev sahibi şəhər və ölkənin dayanıqlı şəhər inkişafına, davamlı şəhərlərdə irəliləyişə, uyğun mənzil təminatına və əlaqəli məsələlərə sadiqliyidir. Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Xarici əlaqələr, strategiya, bilik və innovasiya departamentinin direktoru Edlam Yemeru BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün hibrid formatda məlumatlandırma sessiyasında bildirib.