Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dorin Boqdan-Martin: Azərbaycan rəqəmsal inkişaf sahəsində qabaqcıl rol oynayır

17.11.2025 [16:02]

Xəbərin mətni

Azərbaycan rəqəmsal inkişaf sahəsində qabaqcıl rol oynayır. Ötən il COP29 çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi ilk “Rəqəmsallaşma Günü” bu il COP30 tədbirində də ənənəyə çevrilib. Bu, Azərbaycanın rəqəmsal inkişaf sahəsində göstərdiyi liderliyin bariz nümunəsidir. Bu barədə jurnalistlərə açıqlamasında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan-Martin deyib.