Azərbaycan Dövlət İnformasiya Agentliyi

WTDC25-də kibertəhlükəsizlik və süni intellektin etik istifadəsi mövzuları müzakirə olunur

17.11.2025 [16:03]

Xəbərin mətni

Bakıda keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC25) kibertəhlükəsizlik, süni intellektin etik istifadəsi, mobil və peyk rabitəsinin konvergensiyası, həmçinin inkişaf etməkdə olan ölkələrə və kiçik ada dövlətlərinə İKT üzrə dəstək məsələləri əsas müzakirə mövzularındandır. Bu barədə jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.