Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kubanın kommunikasiya nazirinin müavini: Azərbaycanla bir çox istiqamətlərdə əməkdaşlığı genişləndirə bilərik

18.11.2025 [20:29]

Xəbərin mətni

Kuba ilə Azərbaycan arasındakı dostluq münasibətləri xalqlarımızın oxşar dəyərlərinə və qarşılıqlı hörmətə əsaslanır. Bakıda keçirilən WTDC-25 tədbiri çox uğurlu alınıb, təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycana bu fürsət üçün təşəkkür edirik. Bu sözləri AZƏRTAC-a müsahibəsində Kubanın kommunikasiya nazirinin müavini Ailyn Febles deyib.