Sahil Babayev: Büdcə xərcləri üzrə dayanıqlı mənbələrin payı artır
19.11.2025 [15:07]
Xəbərin mətni
Dövlət büdcəsinə neft-qaz amilinin təsirinin azaldılması, xərclərin maliyyələşdirilməsində dayanıqlı mənbələrin payının artırılması qarşımızda duran əsas hədəflərdən biridir. Bu baxımdan, tətbiq edilən büdcə qaydası çərçivəsində ortamüddətli dövr ərzində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin ardıcıl şəkildə azaldılması nəzərdə tutulur. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.