NİİM-dən valideynlərə müraciət: Özünüz nümunə olun ki, o da qaydalara əməl etsin
20.11.2025 [10:49]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müşahidə kameraları vasitəsilə məktəbətrafı yollarda aparılan təhlillər göstərir ki, bəzi valideynlərin məsuliyyətsiz davranışı azyaşlıların yollarda təhlükəsizliyinə mənfi təsir göstərir. Övladlarını məktəbə aparmaqla vəzifələrinin bitdiyini zənn edən bir qisim valideynlər bəzən qaydalara məhəl qoymadan övladları ilə birgə yolu keçərək məktəblilərdə yanlış nümunə formalaşdırırlar. Bu cür davranışlar azyaşlıların tək olduqları zaman da eyni qayda pozuntularını təkrarlamasına və nəticədə təhlükəli situasiyaların yaranmasına, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.