Alireza Miryusefi Aval: D-8 ölkələri etibarlı informasiya məkanının qurulması üçün birgə hərəkət etməlidir
21.11.2025 [17:01]
Xəbərin mətni
D-8 təşkilatı, ilk növbədə, iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə yaradılıb. Lakin bu gün biz hamımız yaxşı anlayırıq ki, üzərimizdə yalnız iqtisadi sahə ilə məhdudlaşmayan, daha geniş ölçülü məsuliyyət mövcuddur. Bu məsuliyyət, ilk növbədə, informasiya məkanında aydınlıq, şəffaflıq və etibarlılığın təmin edilməsindən ibarətdir. Bu isə hər bir ölkənin ictimai rifahına, regional sabitliyə və qlobal təhlükəsizliyə xidmət edən strateji hədəfdir. Bu sözləri İran İslam Respublikası Xarici İşlər Nazirliyinin xarici media üzrə baş direktoru və sözçünün müavini Alireza Miryusefi Aval D-8 Media Forumunun açılış mərasimində deyib.