Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əhməd İsmayılov: Media Mükəmməllik Mərkəzinin yaradılması D-8 ölkələrinin əməkdaşlığını gücləndirəcək

21.11.2025 [17:12]

Xəbərin mətni

Media Forumda Azərbaycanda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Media Mükəmməllik Mərkəzinin yaradılması istiqamətində strateji plan müzakirə olunur. Media Mükəmməllik Mərkəzinin strateji planı forum iştirakçılarına təqdim olunub. Günün sonuna qədər media ekspertlərinin və D-8 ölkələrinin dövlət rəsmilərinin tövsiyələrinin Media Mükəmməllik Mərkəzinin strateji planına daxil edilməsi istiqamətində işlər aparılacaq. Bu sözləri jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI