Naxçıvanda mülki müdafiə üzrə ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı toplantı keçirilib
22.11.2025 [13:21]
Xəbərin mətni
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən mülki müdafiə qərargah rəisləri və ya onlara bərabər tutulan şəxslərin iştirakı ilə “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların mülki müdafiə qərargah rəisləri və ya onlara bərabər tutulan şəxslərlə mülki müdafiə üzrə 2025-ci ilin yekunları, 2026-cı ildə qarşıda duran əsas vəzifələr və hədəflər” mövzusunda toplantı keçirilib.