Xəzər dənizi geri çəkilir - Lənkəranda illərdir suyun altında qalan qədim ağac qalıqları üzə çıxdı
24.11.2025 [13:28]
Xəbərin mətni
Son illərdə Xəzər dənizində suyun geri çəkilməsi Lənkəran rayonunda da sahil ərazilərdə quru sahələrin yaranmasına səbəb olub. Buna səbəb kimi bölgədə yağıntıların azalması, buxarlanmanın artması, habelə çay axınlarının zəifləməsi göstərilir. Bu proses təkcə Lənkəranda deyil, Xəzər hövzəsinin digər sahil zolaqlarında da müşahidə edilir.