Vladanka Andreyeva: Azərbaycan 2024-cü ildə Qlobal Rəqəmsal Paktı dəstəkləyən BMT-yə üzv 143 dövlətdən biri olub
25.11.2025 [13:49]
Xəbərin mətni
Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan 2024-cü ildə Qlobal Rəqəmsal Paktı dəstəkləyən BMT-yə üzv 143 dövlətdən biri olub və bu yaxınlarda BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını da imzalayıb. Bu konvensiya kibercinayətlərin qarşısının alınması və onlarla mübarizə sahəsində əsas çərçivəni müəyyən edir və bu addımlar Azərbaycanın məsuliyyətli mövqeyini nümayiş etdirir. Bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən başlayır” mövzusunda keçirilən konfransda söyləyib.