TDT ölkələri QHT-lərinin Platformasının sədri: Naxçıvanda Türk dünyası üçün yeni tarixi səhifə yazıldı
25.11.2025 [20:28]
Xəbərin mətni
Bu gün Naxçıvan şəhərində keçirilən həmrəylik forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin qeyri-hökumət təşkilatlarını birləşdirən yeni platforma təsis olunub. 2009-cu ildə Naxçıvanda Türk dünyasının tarixində yeni bir səhifə yazılmışdı, 2025-ci il noyabrın 25-də də burada yenidən tarixi hadisə baş verir. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının sədri Azər Allahverənov bildirib.