Kəlbəcər sakini: Bu gün 65 yaşımda övladlarımla, 9 nəvəmlə birlikdə yenidən doğma yurduma qayıdıram
26.11.2025 [10:31]
Xəbərin mətni
Bu gün öz doğma yurdumuza qayıdırıq, çox sevincliyik. Allah qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Prezident İlham Əliyevə də minnətdarıq ki, bizi bu gözəl torpaqlarımıza qovuşdurdu. Bu sözləri Kəlbəcər şəhərinə köçən keçmiş məcburi köçkün Səmayə Ağalarova söyləyib.