Azərbaycan Dövlət İnformasiya Agentliyi

“PeşəFest 2025” marafonunda 95 mindən çox gənc və məktəbli əmək bazarındakı aktual trendlərlə tanış olub

28.11.2025 [14:20]

Xəbərin mətni

İşsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının təşkili də dövlətin aktiv məşğulluq siyasətinin prioritet istiqamətlərindən biridir. Bu kursların əsas məqsədi insan kapitalının inkişafını təmin etməklə əmək bazarının tələblərinə uyğun peşəkar kadrların formalaşdırılması, eyni zamanda, işaxtaran və işsiz şəxslərin müasir bilik və bacarıqlara yiyələnərək münasib işlə təmin olunmasına şərait yaratmaqdır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda ilk dəfə keçirilən “Gələcəyin Peşələri Sammiti: Bakı-2025”də çıxış edərkən deyib.