Nazir: Süni intellektin sürətli inkişafı dünya əmək bazarının strukturunu köklü şəkildə yenidən formalaşdırır
28.11.2025 [15:07]
Xəbərin mətni
Bugünkü məqsədimiz əmək bazarının gələcək inkişafını müəyyənləşdirən mühüm dialoqa və strateji fikir mübadiləsinə olan tələbdir. Əminəm ki, sammit çərçivəsində aparılacaq müzakirələr ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərinə dəyərli töhfələr verəcək. “Gələcəyə tərəf” devizi altında keçirilən bu sammit insan kapitalının inkişafı, rəqabətədavamlı kadr potensialının formalaşdırılması və bilik iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində dövlətimizin ardıcıl və məqsədyönlü siyasətinin göstəricisidir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda ilk dəfə keçirilən “Gələcəyin Peşələri Sammiti: Bakı-2025”də çıxış edərkən deyib.