Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mixael Raynhard Hess: Mir Cəlalın əsərləri bu gün də zamanla səsləşir

28.11.2025 [17:05]

Xəbərin mətni

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində böyük Azərbaycan yazıçısı, müəllim və pedaqoq Mir Cəlal Paşayevə həsr olunan çox maraqlı bir tədbirdə iştirak etdik. Ədəbiyyat nəzəriyyəçisi, alim və füzulişünas Mir Cəlalın hekayələrini mənim ana dilimdə – alman dilində dinləmək, onların auditoriyada yaratdığı təsiri görmək məndə dərin hisslər oyatdı. Çünki Mir Cəlal təkcə böyük alim deyil, həm də böyük yazıçı olub. Onun hekayələrinin almanca səsləndirilməsi bir türkoloq alim kimi məndə çoxlu düşüncələr oyatdı. Bu barədə almaniyalı türkoloq-alim Mixael Raynhard Hess media nümayəndələrinə müsahibəsində deyib.