Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazın Mürşüdoba kənd məktəbinin əsaslı təmiri və ya yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb - Açıqlama

28.11.2025 [22:43]

Xəbərin mətni

Azərbaycan dövləti təhsil infrastrukturunun inkişafına böyük dəstək göstərərək, yeni məktəb binalarının inşasını və mövcud məktəblərin əsaslı təmirini geniş miqyasda həyata keçirir. Bu siyasət sayəsində, 2003-cü ildən indiyədək minlərlə məktəb binası tikilib və ya əsaslı təmir edilib, şagirdlər üçün müasir təhsil şəraiti yaradılıb. Lakin bəzi ucqar kəndlərdə hələ də istifadəyə yararsız və ya qəzalı vəziyyətdə olan məktəblər mövcuddur. Bu cür məktəblərin də qısa zamanda yenidən qurulması və ya təmiri ümumi təhsilin keyfiyyətinin daha da yüksəldilməsində vacib məsələ olaraq qalır. Belə məktəblərdən biri də Xaçmaz rayonunun Mürşüdoba kənd tam orta məktəbidir. Məktəbin binası qəzalı vəziyyətdədir.