Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ömrünün 56 ilini pambıqçılığa həsr edən 74 yaşlı Xanım nənənin uğur yolu

01.12.2025 [17:32]

Xəbərin mətni

Bu dəfə Saatlı sakini 74 yaşlı özü də, adı da xanım olan Xanım Babayeva haqqında söhbət açacağıq. Zərif cinsin nümayəndəsi olsa da ömrünün hər çağında güclü olmağı ilə seçilən Xanım nənə bu gün də təsərrüfatla məşğuldu. O, həm də bu işlərə hələ 18 yaşında pambıq yığmaqla başlayıb. İllərin təcrübəsi, çəkilən zəhmət hədər getməyib. Hazırda özünün fermer təsərrüfatına rəhbərlik edən Xanım nənə dünən olduğu kimi bu gün də yorulmadan çalışır.