Yollayışların verilməsi prosesi AHİK-in elektron rezervasiya platforması vasitəsilə tam rəqəmsallaşdırılıb
02.12.2025 [12:18]
Xəbərin mətni
Yollayışların verilməsi prosesi AHİK-in elektron rezervasiya platforması vasitəsilə tam rəqəmsallaşdırılıb. Artıq həmkarlarımız müalicə və istirahət mərkəzlərinə yollayışları sürətli, şəffaf və insan təması olmadan əldə edə bilirlər. Bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov “Həmkarlarla 120 il” adlı yubiley tədbirində söyləyib.