AQEM-in Baş katibinin müavini: Azərbaycanın sədrliyi universitetlərarası əməkdaşlıq üçün yeni imkanlar açır
02.12.2025 [12:24]
Azərbaycanın sədrliyi dövründə universitetlər arasında əməkdaşlıqla bağlı yeni təşəbbüs irəli sürülüb. Bu təşəbbüsə bütün universitetlər qoşula bilər və o, tədqiqat sahəsində əməkdaşlığın genişlənməsinə xidmət edir. Təşəbbüs dayanıqlı inkişaf, iqlim dəyişmələri və digər müvafiq istiqamətləri əhatə edir. Universitetlər yalnız bilik mərkəzləri kimi deyil, həm də faktlara əsaslanan siyasətlərin formalaşdırılmasına təkan verən vacib institutlar kimi çıxış edirlər. Bu sözləri ADA Universitetində keçirilən “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı beynəlxalq konfransda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibinin müavini Zhang Ling deyib.