BDYPİ: Piyada intizamı yol hərəkətində ən mühüm amildir
03.12.2025 [10:56]
Xəbərin mətni
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadaların iştirakı ilə qeydə alınan yol qəzalarının profilaktikası sahəsində tədbirlərini davam etdirir. Təqdim olunan videogörüntülərdən məlum olur ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar arasında hələ də qaydalara biganə yanaşan, əslində isə öz həyat və sağlamlığını təhlükəyə atanlar az deyil.