Azərbaycan diasporu yeni inkişaf mərhələsində - Macarıstanda yaşayan soydaşlarımızla görüş keçirilib
03.12.2025 [20:03]
Xəbərin mətni
Son illər xaricdəki Azərbaycan icmaları ilə intensiv görüşlərin keçirilməsi, konkret fəaliyyət mexanizmlərinin mövcudluğu diasporun inkişafına ciddi təkan verib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Macarıstanda yaşayan Azərbaycan icması ilə görüşündə diasporun inkişaf konsepsiyası, qlobal dünya düzəninə uyğun fəaliyyət prinsipləri müzakirə olunub.