Bu proqramla uşaqlara nəzarət daha asandır
04.12.2025 [13:45]
Xəbərin mətni
Yeniyetməlik dövrü. Psixoloqlar bu mərhələni insanın özünü kəşf dövrü kimi də dəyərləndirirlər. Bildirirlər ki, yeniyetməlik uşaqlıqla gənclik arasında bir körpü rolunu oynayır və insan həyatının ən həssas dönəmlərindən biri sayılır. Bu zamanda sosial mühit formalaşır, yeni dostluqlar yaranır. Bəzən yeniyetmələr pis vərdişlərə yiyələnə, yanlış dostluqlar qura və təhlükəli oyunlara aludə ola bilirlər. Pis vərdişlər və yanlış çevrə bir tərəfə, bu gün biz cibimizdəki təhlükədən danışacağıq.