Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Könüllülük Həftəsi çərçivəsində 3 min könüllünün iştirakı ilə festival təşkil olunacaq

04.12.2025 [17:17]

Xəbərin mətni

Azərbaycan Könüllülük Həftəsi ənənəvi olaraq Prezident İlham Əliyev tərəfindən hansı il elan olunursa, həmin ilə həsr olunur. Bu il də müvafiq olaraq Azərbaycan Könüllülük Həftəsi "Konstitusiya və Suverenlik İli"nə həsr olunub. Bu çərçivədə on gün ərzində on layihə həyata keçiriləcək. Həftə beş mövzunu, 18 regionu əhatə edəcək. Nəticədə 17 min könüllü vasitəsilə 60 min gəncə çatmaq imkanına malik olacağıq. Bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev Azərbaycan Könüllülük Həftəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.