Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Bütün istiqamətlərdə dövlətimiz gənclərin yanındadır

04.12.2025 [17:58]

Xəbərin mətni

Müstəqillik dövründə ölkəmizdə yeni nəsil formalaşdıra bildik. Həmin nəsil Vətənimizi qorudu, müdafiə etdi və işğal altındakı torpaqlarımızı düşmən əsarətindən qurtardı. Bu gün də onlar dövlətimizin inkişafı üçün əllərindən gələni əsirgəmirlər. Bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda çıxışı zamanı deyib.