Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda atalıq məzuniyyəti ödənişli ola bilər

04.12.2025 [19:04]

Xəbərin mətni

Azərbaycanda atalıq məzuniyyəti ödənişli ola bilər. İndiyə qədər bu məzuniyyət növü mövcud olsa da, əksər kişilər bundan yararlanmırdı. Buna səbəb atalıq məzuniyyətinin mövcud qanunvericiliyə görə ödənişsiz olması idi. Əmək Məcəlləsinə təklif edilən yeni dəyişikliyin qəbul olunacağı təqdirdə isə artıq kişilər də ödənişli əsaslarla atalıq məzuniyyətə çıxa biləcəklər. Bu, Beynəlxalq Əmək Təşkilatının tələblərindən irəli gəlir.