Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir

05.12.2025 [14:19]

Xəbərin mətni

Bu konfranslarda əsas məqsədimiz Qərbi Azərbaycana qayıdış hüququnu beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Bildiyiniz kimi, soydaşlarımız 37 il əvvəl sonuncu deportasiya zamanı tarixi yurdlarından - Qərbi Azərbaycan torpaqlarından qovulublar. Bu müddət ərzində Qərbi Azərbaycandakı mədəni irsimiz xeyli zərər görüb. Apardığımız monitorinqlər göstərir ki, min illər boyu yaradılmış mədəni irs nümunələri erməni vandalizminə məruz qalıb. Bu sözləri jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri və Milli Məclisin deputatı Əziz Ələkbərov söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI